Qırğızıstanda noyabrın 28-də parlament seçkiləri keçiriləcək

Noyabrın 28-də Qırğızıstanda Ali Şuraya seçkilər keçiriləcək.

"Report" xəbər verir ki, Qırğızıstanın Seçki Komissiyası 21 partiyanın namizədlərini, həmçinin 287 müstəqil namizədi qeydə alıb.

Ölkə daxilində və xaricdə seçki günü 2 494 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Parlament seçkilərini 730 xarici müşahidəçi izləyəcək.

Seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılacaq. Səsvermə yerli vaxtla saat 20.00-da başa çatacaq.

Qeyd edək ki, Qırğızıstanda 3 milyon 703 min 420 vətəndaşın səsvermə hüququ var.

Qırğızıstan Prezidenti Sadır Japarov bundan əvvəl ölkənin ali qanunverici orqanına seçkilərin keçirilməsinin yeni prosedurunu nəzərdə tutan qanunu imzalayıb. Dəyişikliklərə əsasən, qarışıq seçki sistemi qüvvəyə minib. Yeni qanuna əsasən, deputatların sayı 120-dən 90-a endirilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir

SONRAKI XƏBƏR

Ermənistan Gorus-Qafan yoluna görə çıxılmaz vəziyyətdə