Bakı və İrəvandan bunu həyəcanla gözləyirik - Sarıgül

Bakı və İrəvandan bunu həyəcanla gözləyirik - Sarıgül

Biz Azərbaycan və Ermənistan arasında münaqişənin həllini böyük həyəcanla gözləyirik. Ermənistan, Azərbaycan və İranla qapıların açılması ilə həqiqətən bu regionun inkişafını arzulayıram.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Dəyişiklik Partiyasının başqanı Mustafa Sarıgül çıxış edib.

"Bütün qonşularımızla sülh, tolerantlıq və barışıq şəraitində yaşayacağıq. Azərbaycan onsuz da bizim qardaşımızdır. İrandan da bura mümkün qədər çox turist gəlsin, ölkə inkişaf etsin", - Sarıgül qeyd edib.

 

Mənbə: axar.az