Soçidəki üçtərəfli görüşü tarixi adlandırmaq olar - Slutski

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünü bir il əvvəl olduğu kimi yenə də tarixi adlandırmaq olar.

Trend-in məlumatına görə, bu barədə özünün "Telegram" kanalında Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski yazıb.

L.Slutski bildirib: "Soçidə mühüm addım atıldı və bu, hamımızın çox ümid etdiyimiz kimi, Qarabağ münaqişəsinin yekun həllini yaxınlaşdıracaq.

Rusiya prezidentinin sözlərinə görə, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq. Təbii ki, bunun üçün sərhəd bölgələrində təhlükəsizliyin artırılması tələb olunacaq və əldə olunan razılaşmalar da həmçinin həyata keçirilməlidir. Bununla belə, müsbət vektor artıq verilib".

Onun sözlərinə görə, üç ölkənin liderləri Qarabağın iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar:

"Danışıqların yekunu üzrə imzalanmış bəyanat Rusiyanın Qarabağ nizamlanmasında ən effektiv vasitəçilərdən biri kimi rolunu bir daha nümayiş etdirir. Həm Ermənistan, həm də Azərbaycan bizim əsas müttəfiqlərimiz və tərəfdaşlarımızdır".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya sərhəddə texnikalarının sayını artırır - Zelenski

SONRAKI XƏBƏR

İtaliya Afrikanın 7 ölkəsinə girişi qadağan edib