Fuat Oktay prezident postunda Ərdoğanı əvəzləyəcək

Fuat Oktay prezident postunda Ərdoğanı əvəzləyəcək

Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuat Oktay prezident Rəcəb Tayyib Ərdoğanı bu postda əvəzləyəcək.

Yenicag.az xəbər verir ki, Ərdoğanın planlaşdırılan iki günlük Türkmənistan səfəri çərçivəsində Fuat Oktay prezident postunda Ərdoğanı əvəzləyəcək.

Bununla bağlı qərar “Resmi Gazete”də yayımlanıb. Qərarda konstitusiyanın 106-cı maddəsinə istinad edilib.

Qeyd edək ki, Ərdoğan 27-28 noyabr tarixlərində Türkmənistanda olacaq.

 

Mənbə: yenicag.az