"Sizə Soçi görüşündən danışacağam" - Putin

Rusiyanın dövlət başçısı Vladimir Putin dünən axşam saatlarında Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn formatda görüş keçirib.

Milli.Az bildirir ki, görüşdə Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aparılmış danışıqların nəticələri barədə məlumat verilib.

"Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə Qarabağ nizamlanması, habelə bu gün həmkarlarla iş zamanı əldə edilmiş razılaşmalar barədə sizə qısa məlumat verəcəyəm, - Putin toplantı iştirakçılarına xitab edib. - Planlaşdırdığımız kimi, ən yaxın tərəfdaşlarımız və yaxın qonşularımızla münasibətlərdən danışacağıq. MDB ölkələri ilə münasibətləri nəzərdə tuturam".

Vladimir Putinin sözlərinə görə, Azərbaycan və Ermənistanla bütün məsələlər kompleksi üzrə, o cümlədən diplomatik, hərbi və humanitar istiqamətlərdə işlər davam etdirilir.

Xatırladaq ki, dünən Rusiyanın Soçi şəhərində İ.Əliyev, V.Putin və N.Paşinyan arasında təxminən 3 saat davam edən görüş, danışıqlar olub. Görüşün nəticəsi olaraq birgə bəyanat imzalanıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev Soçi masasından qalib ayrıldı - DETALLAR

SONRAKI XƏBƏR

Baydenin yerinə 2 qadın namizəd - Sorğu