Baydenin yerinə 2 qadın namizəd - Sorğu

Co Bayden ikinci müddətə namizədliyini irəli sürə bilməsə, vitse-prezident Kamala Harris və ya Mişel Obama 2024-cü il ABŞ seçkilərində dmokratların əsas namizədi olacaq.

Yenisabah.az "The Hill"ə istinadla xəbər verir ki, bunu Birləşmiş Ştatlarda keçirilmiş son sorğunun nəticələri göstərir.

Harris mümkün namizədlər arasında liderdir və respondentlərin 13%-i onu dəstəkləyir. Mişel Obama isə 10% səslə ikinci yerdədir.

Siyahıda yer alan bütün namizədlərdən yalnız 5% və ya daha az respondentin dəstəyini qazanıb.

Sorğuda digər namizədlər arasında 2020-ci il prezident seçkilərinə namizəd olan Berni Sanders, Elizabet Uorren, Kori Buker, Maykl Blumberq, Endrü Yanq və Pite Buticicin də adları daxil edilib.

Seçicilərin 36 faizi hələ də kimə səs verəcəyini bilmir, 13 faizi isə siyahıda olmayan şəxsə səs verəcəyini bildirib.

xatırladaq ki, Co Bayden ad günü ərəfəsində, noyabrın 19-da Uolter Rid xəstəxanasına yerləşdirilib. O, səlahiyyətlərini Kamala Harrisə təhvil verib.

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

"Sizə Soçi görüşündən danışacağam" - Putin

SONRAKI XƏBƏR

Kürdlər arasında qanlı savaş başladı - Polkovnik öldürüldü