Ermənistan Zəngəzurdakı mövqelərdən necə geri çəkilib? - Qubernatordan AÇIQLAMA

Ermənistan Zəngəzurdakı mövqelərdən necə geri çəkilib? - Qubernatordan AÇIQLAMA

Ermənistanın Sünik vilayətinin (Qərbi Zəngəzur) qubernatoru ötən ilin dekabrında qoşunların bəzi mövqelərdən çıxarılması ilə bağlı təfərrüatları açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sünik qubernatoru Ermənistan parlamentində danışıb.
O bildirib ki, Ermənistanın baş naziri 2020-ci ilin dekabrında Gorusa gəlib və yerli rəhbərlik və hərbçilər ilə görüşdə sərhəddə təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülməsini əmr edib.
“Nrnadzor (Nüvədi)-Xoznavar istiqamətində bir neçə faydalı mövqe tutaraq müdafiəyə keçdik. Neytral zonaya nəzarəti bərqərar etməyə bir ay vaxt sərf etdik. Üç dəfə Qubadlı istiqamətində postlarımızı irəli çəkdik. Lakin sonradan danışıqlar nəticəsində sərhədlər sovet xəritələrinə uyğun uzlaşdırıldığı üçün biz geri çəkilməyə məcbur olduq”.
Qeyd edək ki, oktyabrın 27-də parlamentdə Ermənistanın baş naziri bildirib ki, o, qoşunlara Sünikdə bir sıra yaşayış məntəqələri istiqamətində mövqelərini geri çəkməyi əmr edib. Baş nazir qeyd edib ki, əks halda Azərbaycanla hərbi əməliyyatlar başlaya bilər.

Mənbə: www.yeniavaz.com