Çavuşoğlu Blinkenlə görüşür: 6 mübahisəli məsələ...

Noyabrın 30-da Latviyanın paytaxtı Riqada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası baş tutacaq.

Axar.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da iclasda iştirak etmək üçün Latviyaya gedir.

Səfər çərçivəsində Çavuşoğlu NATO baş katibi Yens Stoltenberq və amerikalı həmkarı Entoni Blinkenlə görüşəcək.

Bildirilir ki, Çavuşoğlu əsasən 6 məsələnin müzakirəsini aparacaq. Türkiyəli nazirin gündəmində Suriya, Liviya, Aralıq dənizindəki son proseslər, S-400 məsələsi, F-16-ların təslimatı və F-35 qırıcıları ilə bağlı mübahisəli məsələlər yer alacaq.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiya səbəbindən gözləri zəifləyən uşaqların sayı artıb

SONRAKI XƏBƏR

Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər