Bu gün Ermənistanda mitinq keçiriləcək: Zəngəzur dəhlizinə görə...

Bu gün Ermənistanda mitinq keçiriləcək: Zəngəzur dəhlizinə görə...

Bu gün Ermənistan paytaxtında müxalifətin izdihamlı mitinqi keçiriləcək.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın "Azadlıq Hərəkatı" təşəbbüs qrupunun üzvü Sofiya Hovsepyan deyib.

O, izdihamlı mitinqin bu gün 16:00-ya planlaşdırıldığını vurğulayıb:

 

"Dünənki Soçi görüşünün mediaya açıq olan hissəsini gördünüz. Görün indi bağlı qapılar arxasında nələr baş verib. Paşinyan başımızın altına yastıq qoyur. Zəngəzur dəhlizindən danışılır. Sonra da qayıdıb deyir ki, "Zəngəzur" sözü işlətməmişəm, "dəhliz" demişəm. Heç bir dəhlizdən söhbət gedə bilməz. Əgər vaxtında qarşısı alınmasa, bu kapitulyator bizi azərbaycanlılara təslim edəcək. Putin də dedi ki, şifahi razılaşmalar var. Deməli, vəziyyət həddindən artıq problemlidir. Hamınızı "Respublika" meydanına etiraz etməyə çağırıram".

Tural Turan

Mənbə: publika.az