Erməni siyasi xadim: “Bu ölkəni müstəmləkə edən, Kremlə xidmət edən insanlar indi milli-azadlıq mübarizəsindən danışırlar”

“Ermənistanın qarşısında yalnız bir problem var - suveren siyasət yürüdəcək milli hakimiyyətin formalaşdırılması”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın Milli Xalq Qütbünün Baş nazir vəzifəsinə namizədi Vahe Qasparyan deyib.

Qasparyan qeyd edib ki, bu ölkəni müstəmləkə edən, Kremlə xidmət edən insanlar indi milli-azadlıq mübarizəsindən danışırlar.

“Burada səmimiyyət problemi də var ki, insanlar bu sözləri deyərək vicdanları qarşısında nə dərəcədə səmimidirlər və nə dərəcədə keçdikləri yolla göstəriblər ki, onlar bu ideyaların daşıyıcılarıdırlar?”, - deyə o vurğulayıb.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

"Yazırsınız ki, "gözlərini dartırmısan", hansı ara etdirdim?" - VİDEO

SONRAKI XƏBƏR

Von der Leyen: "Avropa İttifaqı Asiyaya investisiyalarını intensivləşdirəcək"