“Hraparak”: Birləşmiş Krallıq Ermənistana 100 milyon funt sterlinq təklif edib?

“Hraparak”: Birləşmiş Krallıq Ermənistana 100 milyon funt sterlinq təklif edib?

Ermənistanın ətraf mühit nazirinin müavini Anna Mazmanyan 2021-ci il oktyabrın 30-dan noyabrın 14-dək Böyük Britaniyada olub və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı görüşündə iştirak edib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Müəllifin sözlərinə görə, Ermənistanın ətraf mühit nazirinin müavini müxtəlif insanlarla görüşüb.

“Ev sahibləri, Böyük Britaniyanın nümayəndələri xarici işlər nazirimizin müavininə Ermənistana 100 milyon funt sterlinq (təxminən 130 milyon ABŞ dolları) verməyi təklif ediblər, çünki Ermənistan iqlim investisiyalarının təmin edilməsi bürokratiyası ilə bağlı problemlərlə üzləşən ölkədir”, - deyə nəşr qeyd edib.

Bildirilib ki, təklif hələ qəbul olunmayıb, Böyük Britaniyanın 100 milyonluq təklifinin bütün təbəqələrini öyrənmək üçün hələ vaxt var.

 

Mənbə: ordu.az