Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Səfər çərçivəsində R.T.Ərdoğanla Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş olacaq. Bunun ardınca iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriləcək.

Görüşlərdə Türkiyə ilə Türkmənistan arasında enerji, turizm və ticarət məsələləri başda olmaqla bir sıra məsələlər müzakirə ediləcək.

Danışıqların yekununda ikitərəfli sazişlər imzalanacaq.

R.T.Ərdoğan noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək 15-ci Zirvə toplantısında iştirak edəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda film kimi hadisə: İsinmək üçün boş bildiyi evə girdi, qarşısına qadın çıxdı– MƏHKƏMƏ İŞİ

SONRAKI XƏBƏR

Sergey Markov: “Paşinyan ürəyində Qarabağdan çoxdan imtina edib”