Rusiyalı eksert: “Yaxın zamanda nəqliyyat dəhlizlərinin açılması prosesi başlayacaq”

"Azərbaycan və Ermənistan sərhəddinin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması gərginliyin aradan qaldırılması və gələcəkdə sərhədlərin müəyyən edilməsi baxımından son dərəcə vacibdir".

Bunu “Report”a “Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi Stanislav Pritçin bildirib.

“Bu, son görüş deyil. Bu görüşdə tərəflər gərginliyin aradan qaldırılması və gələcəkdə sərhədlərin müəyyən edilməsi baxımından son dərəcə vacib əhəmiyyət kəsb edən sərhəddin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması haqqında razılığa gəldilər”, - o deyib.

Ekspert nəqliyyat dəhlizlərinin açılması məsələsinin də çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib: “Bu məsələnin bəyanatda əks olunmasını və prezidentlərin də bu barədə danışmasını nəzərə alsaq, müəyyən razılığın əldə olunduğunu və yaxın zamanda açılma prosesinin başlayacağını güman etmək olar”.

Onun sözlərinə görə, görüşün formatı və onun nəticələrinə dair bəyanatın imzalanması ümumilikdə çox ciddi işin görüldüyündən xəbər verir.

Rusiyalı ekspert bildirib ki, dövlət başçılarının görüşü 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının ildönümü üçün keçirilməsi planlaşdırılırdı: "Bu görüş bir tərəfdən yekun olmalı, digər tərəfdən gələcək həll planı haqqında danışmağa imkan verməli idi. Lakin həmin vaxt görüş çox güman ki, Ermənistan tərəfindən pozuldu. Bu da Ermənistan tərəfinin bu bəyanatı icra etməyə hazır olmadığından xəbər verir. Əvəzində isə Ermənistan Aİ-nin təklif etdiyi Brüssel görüşünə hazır olduğunu göstərdi”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Barselona"nın yeni planı: Torresin əvəzinə Dembele

SONRAKI XƏBƏR

Mingəçevirdə sürüşmə hadisəsi baş verdi