Erməni politoloq: “Ermənistan-Rusiya münasibətlərinin ruhuna, məzmununa yenidən baxılmalıdır”

“Paşinyan hər hansı müqavimət resursuna malik deyil və gözlənilən danışıqlardan əvvəl Zəngəzurda olmuş toqquşma bir dərəcə də onun mövqelərini zəiflətmək və hansı sənədi qarşısına qoysalar, imzalaması kimi bir çıxılmaz vəziyyət yaratmaq məqsədi daşıyırdı”. Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Manuk Sukiasyan bildirib.

Sukiasyanın sözlərinə görə, Paşinyan bu geosiyasi maraqlar çərçivəsində manevr etmək resursuna malik deyil və bu, olduqca ciddi nəticələr verəcək.

“Bəli, Moskvanın baxışları problemlidir, bir çox hallarda başa düşmək çətindir və Ermənistan-Rusiya münasibətlərinin ruhuna, məzmununa yenidən baxılmalıdır”, - deyə o qeyd edib.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

İnfantino onları tənqid etdi: "Qorxurlar ki, mövqeləri risk altında olacaq"

SONRAKI XƏBƏR

Turşudan zəhərlənən 10 yaşlı qızdan xəbər var - VİDEO