Tiflis merindən Saakaşviliyə: "Almaniyadan masajçı gətirməyimizi istəmir"

Tiflis merindən Saakaşviliyə: "Almaniyadan masajçı gətirməyimizi istəmir"

"Saakaşvili onun üçün Almaniyadan masajçı gətirməyimizi istəmir ki?".

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri Tiflis meri Kaxa Kaladze "Palitranews"in efirində eks-prezidentin xaricdə müalicə olunma ehtimalına münasibət bildirdiyi zaman deyib.

Onun sözlərinə görə, insanlar 2012-ci ilədək baş verənləri unutmayıb: "Saakaşvili başqa xidmətlər də təklif etməyimizi istəmir ki? Hakimiyyətdə olduğu zaman büdcə hesabına Almaniyadan masajçı gətirdiyi kimi, biz də gətirək? Biz hüquqi dövlətdə yaşamaq istəyirik, nə olsun ki, o siyasətçidir, yüksək vəzifəli məmurdur, ölkə prezidenti olub və sair. O, cinayət törədib və qanun qarşısında cavab verməlidir. 2012-ci ilədək baş verənləri unutmamışıq, cəmiyyətə münasibətin necə olduğunu, ölkə vətəndaşlarına münasibətin necə olduğunu yaxşı xatırlayırıq. Həbsxanalarda nələrin baş verdiyini, biznesə qarşı necə münasibətlər olduğunu, küçələrdə gənclərin necə öldürüldüyünü kimsə unutmayıb".

Tural Turan

Mənbə: publika.az