Armen Aşotyan: “Brüsseldə uzağı bir neçə hərbi əsirin geri qaytarılmasına nail ola bilərik”

Armen Aşotyan: “Brüsseldə uzağı bir neçə hərbi əsirin geri qaytarılmasına nail ola bilərik”

Ermənistanın müxalifətdə olan Respublika partiyasının (lider Serj Sarkisyandır) sədr müavini, keçmiş təhsil naziri Armen Aşotyan Soçi görüşündə qəbul olunan sənədin heç bir müddəasının Ermənistanın maraqlarına cavab vermədiyni bildirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, o, “Facebook”da yazdığı statusda Nikol Paşinyanı sərt ifadələrlə tənqid edib.

“Hər şey proqnozlara uyğun baş verdi. Moskva birinci skripkaçı rolunu kimsəyə buraxmaq istəmədi və Brüsseldə gözlənilən müzakirə ərəfəsində öz görüşünü təşkil etdi. Rusiya prezidentinin Brüsseldəki görüşlə bağlı dedikləri Rusiyanın bölgədə mövqelərinin nə dərəcədə möhkəm olduğunu göstərdi. Buna görə də Qərbin hər hansı qısqanclıq hay-küyü salmasına da ehtiyac qalmayıb. Elə Avropadakı görüşdən də Ermənistan üçün hər hansı əlverişli nəticəni gözləmək lazım deyil. Çünki əsas qlobal məsələlər, yəni delimitasiya və kommunikasiyalar artıq Soçidə müzakirə olunub. Brüsseldə isə nəticə kimi maksimum əsirlikdə olan bir neçə əsgərin geri qaytarılması baş verə bilər.

Və nəhayət. Dünyaya küsmək lazım deyil. Ləyaqətini itirən xalqlarla elə belə də davranırlar”, – deyə, Aşotyan yazıb./müsavat.com

Mənbə: konkret.az