Putinə meydan oxudu: "Ukrayna ordusu sərt cavab verəcək"

Putinə meydan oxudu: "Ukrayna ordusu sərt cavab verəcək"

“Rusiyanın çox təhlükəli ritorikası var. Bu, gərginliyin arta biləcəyinə işarədir. Bizi qorxutmaq cəhdini görürük, lakin ordumuz tam hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

O, Rusiyanın istənilən irəliləyişinin Ukrayna ordusunun sərt cavabı ilə qarşılanacağını vəd edib.

“Rusiya Prezidenti açıq şəkildə bəyan etməlidir ki, onun ölkəsi Ukraynanı total işğala hazırlaşmır", - deyə V.Zelenski əlavə edib.

Qeyd edək ki, Ukrayna hərbi kəşfiyyatı sərhəddə 92 mindən çox rus əsgərinin olduğunu açıqlayıb.

NATO-nun Baş katibi Yens Stoltenberq isə Rusiyaya xəbərdarlıq edib:

"Rusiya Ukraynaya qarşı güc tətbiq etsə, bunun nəticələri ruslar üçün ağır olacaq".

Bizim.Media

Mənbə: bizim.media