“Ekspress-qazeta” ermənilərə qarşı - VİDEO

“Ekspress-qazeta” ermənilərə qarşı - VİDEO

Rusiyada nəşr olunan “Ekspress-qazeta” mətbu orqanında jurnalist Maksim Samoxinin məqaləsi diqqəti cəlb etməyə bilməzdi. Samoxin məqaləsində son zamanlar Ermənistanda baş verən hadisələrə sərt və bəzi hallarda təhqirə yol verməklə öz fikirlərini bildirib.

Samoxin məqaləsində yazır:

“İrəvanda axşam saatlarında Bandera tərəfdarlarının yürüşü təşkil edilmişdi. Və bu hərf səhvi deyil. Sıx cərgələrlə hərəkət edən irəvanlılar Rusiya Prezidentini təhqir edir, və təhqir zamanı Ukraynanın Qalitçina vilayətində bizim liderə qarşı çox istifadə edilən söyüşü təkrarlayırdılar. Onların başçısı isə məşhur “Çirkin Rusiya Əlvida!” İfadəsini bağırırdı”.

Jurnalist Maksim Samoxin məqaləsində göstərir ki, İrəvanda baş verən bu hadisələrdən sonra cəld tərpənən azərbaycanlılar sərhəddə təxribat zamanı erməniləri əsir tutaraq silahlarını əllərindən alıb və erməniləri üzr istəməyə məcbur ediblər. Baş verənləri telefona çəkən azərbaycanlılar bu videoları dərhal sosial şəbəkələrə yayıb. Baş nazir Paşinyan isə hadisələrin mahiyyətinə varmadan müdafiə nazirini işdən çıxarıb və Ermənistanı azərbaycanlı comərdlərdən qorumaq üçün Moskvaya müraciət edib.

Vəziyyəti “Ekspress-qazeta”da belə təsvir edən Samoxin sonradan Rusiya rəhbərliyinin vəziyyətinə acıyır:

“Bir tərəfdə bizə, yəni ruslara çox yaxın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiları çərçivəsində müttəfiqimiz olan xalq. Və bu xalq NATO üzvü olan Türkiyənin ən yaxın müttəfiqinin hücumuna məruz qalır. Digər tərəfdən niyə Yaroslavl və ya Ryazandan olan sadə cavanlar İrəvan küçələrində aləmi bir-birinə vuran və Rusiya Prezidentini söyən nasist ermənilər və qara Paşinyana görə özünü qurban verməlidir?”

Məhz bu sualla Maksim Samoxin öz məqaləsini bitirir və 800 000-lik tirajla çıxan qəzet səhifələrindən Rusiya vətəndaşlarına birbaşa müraciət edir

Mənbə: www.realtv.az