Əgər Saakaşvilini məhkəməyə gətirməsələr... - Hakim

Əgər Saakaşvilini məhkəməyə gətirməsələr... - Hakim

Mixail Saakaşvili ölkənin üçüncü prezidentidir və buna görə də məhkəmə zalından ictimaiyyətə müraciət etməsini təmin edəcəm.

Axar.az xəbər verir ki, bunu eks-prezidentin 29 noyabrda keçiriləcək məhkəmə prosesinin hakimi Liana Orkodaşvili deyib.

"Əgər Saakaşvilini yenə də məhkəmə zalına gətirməsələr, biz onun həbs olunmasını müzakirə etməyəcəyik", - Orkodaşvili vurğulayıb.

O, həmçinin, Preziden Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv edəcəyini desə, bu zaman Saakaşvili barəsində yenidən hökm oxumayacaqlarını və onu sərbəst buraxacaqlarını bildirib.

 

Mənbə: axar.az