Dəhliz məsələsi Soçi masasında - VİDEO

Dəhliz məsələsi Soçi masasında - VİDEO

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə baş tutan üçtərəfli görüşdə, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də bölgənin iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyinə diqqət çəkilməsi növbəti dəfə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını gündəmə gətirdi.

Beləliklə bir daha aydın oldu ki, indiyə qədər Azərbaycanla Naxçıvan arasında kommunikasiya, başqa sözlə desək, Zəngəzur dəhlizinin açılmaması icra olunmamış məsələlər sırasındadır.

İstisnasız, Zəngəzur dəhlizi yalnız Türk dünyasını deyil, ümumilikdə Asiyanı Avropa ilə birləşdirən körpü olacaq. Dəhlizin fəaliyyətə başlaması ilə Naxçıvan blokadadan çıxacaq, Türkiyə ilə quru məsafəsi 400 kilometr qısalacaq. Bunun nəticəsində də Şərq-Qərb nəqliyyat dəhlizinə qoşulmaq perspektivləri yaranacaq.

Mahiyyət etibarilə, üçtərəfli görüşün gedişatı Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığını, Ermənistanın da bununla razılaşmaqda olduğunu yenidən təsdiqləyir.

Başqa sözlə, Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu. Bunun nəticəsində də hər hansı şərt qoyulmadan Azərbaycan prezidentinin mövqeyi bəyanatda öz əksini tapdı

Mənbə: www.realtv.az