Qərbin Belarusla bağlı məqsədi budur - Zaxarova

Qərbin Belarusla bağlı məqsədi budur - Zaxarova

Qərbin Belarusa “yardımı” ölkədə sabitliyi pozmağa yönəlib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.

"Bu, suveren dövlətin daxili işlərinə müdaxilənin institutsionallaşmasıdır", - Zaxarova söyləyib.

O qeyd edib ki, belarusluları "Xaricilər demokratiya üçün kömək edəcək" yalanı ilə inandırmağa çalışırlar: "Axı bunlar sərhəddə aqibətini gözləyən 3000 mühacir deyil və cırılmış avro belə xərclənməyib".

 

Mənbə: axar.az