Erməni hərbi ekspert: “O görünən gecikmə ilə əslində addım-addım növbəti təhvilə yaxınlaşır”

Erməni hərbi ekspert: “O görünən gecikmə ilə əslində addım-addım növbəti təhvilə yaxınlaşır”

“Düşünməyin ki, hansısa bir şeyi kəskin və birdən-birə təhvil vermədisə, deməli “bu dəfə atlatdıq””. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində informasiya təhlükəsizliyi üzrə erməni hərbi ekspert, “razm.info” saytının koordinatoru Karen Vrtanesyan yazıb.

Onun sözlərinə görə, yorucu, lakin çox konkret istiqamətdə hərəkət edən proses var.

“Buna “kiçik addımlar siyasəti” deyirlər. Və ya “Salyami taktikası”. Proses nə qədər uzun çəkirsə, etirazçılar bir o qədər yorulurlar, həyatda boğulurlar, daha laqyed olurlar. Nikol hakimiyyəti o qədər daha uzun müddət saxlayır. Ən vacibi odur ki, o görünən gecikmə ilə əslində addım-addım növbəti təhvilə yaxınlaşır”, - deyə Vrtanesyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az