Soçi görüşünün əsas məqamları - VİDEO

Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 3 tərəfli görüş uğurlu keçdi. Soçi görüşü 2020-ci il 10 noyabrda imzalanan və 2021-ci il yanvarın 11 də qüvvəyə minən bəyanatlardakı müddəaların həlli istiqamətində təkan oldu.

Bu fikirləri Rusiyalı politoloq Sergey Markov Real TV-yə görüşlə bağlı əsas məqamları şərh edərkən bildirdi:

“Ən vacibi odur ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı konkret mexanizm hazırlanacaq. Əvvəlcə işçi qrupu tərəfindən SSSRİ zamanında bu iki Respublika arasında mövcud olmuş sərhəddin xəritəsi hazırlanacaq. Sonra isə hazırlanan xəritə əsasında sərhədlər yenidən müəyyənləşəcək. Bu addım sərhədləri sülh sərhədinə çevirməyə kömək edəcək.

Görüşün əsas mövzularından biri də nəqliyyat dəhlizi məsələsidir. Bu mövzuda ciddi hərəkətlilik baş verdi. Bunu deməyə əsasımız odur ki, 3 ölkə rəhbərlərinin görüşlərindən cəmi 2-3 gün sonraya baş nazirlərin görüşü planlaşdırılıb. Baş nazirlər isə nəqliyyat dəhlizinin müzakirəsi ilə məşğul olan ikitərəfli komissiyanın nümayəndələridir. Rusiya Sərhəd Xidməti Zəngəzur dəhlizinin açılmasında və onun fəaliyyətində təhlükəsizlik tədbirlərini təmin edəcək. Vladimir Putin öz çıxışında sadəcə nəqliyyat kommunikasiyaları deyil, məhz dəhliz sözünü vurğuladı. Bu isə o deməkdir ki, dəhlizin funksiyasını pozmaq istəyən separatçı erməni milliyətçi qruplaşmalarından qorumaq üçün nəqliyyat dəhlizində ekstra təhlükəsizlik zonası yaradılacaq. Dəhlizlə bağlı bir çox problemlər həll olunmalıdır. Hansı tərəfin dəhlizin tikintisi ilə bağlı fiziki, hansının hüquqi öhdəliklərə sahib olacağı, maliyyə və təhlükəsizlik məsələləri də hələ müəyyənləşdirilməyib. Mühüm siyasi əhəmiyyət kəsb edən texniki suallar hələ ki, çoxdur. Təbii ki, Zəngəzur dəhlizi məsələsi hazırda gündəmdəki əsas məsələdir”.

“Fikrimcə, bu danışıqlarda Azərbaycan üçün müsbətyönümlü daha 2 məsələ var. Birincisi o qədər rəsmi sayılmasa belə çox böyük əhəmiyyətə malikdir. Bu isə jestlərin dilidir. Jestlərin dilinə fikir versək, görürük ki, Putin və Əliyev birgə komandadır, Paşinyan isə onlardan ayrıdır. Putinlə Əliyevin bu birliyi, sülh danışıqlarının reallaşmasında və bütün Cənubi Qafqazın sülhə doğru irəliləməsində mühərrik rolunu oynayır. Putin və Əliyev qarşılıqlı hörmət və qarşılıqlı dostluğa, Rusiyanın və Azərbaycanın siyasi güücnə güvənirlər. Bu isə çox müsbət faktordur.

Digər müsbət məsələ isə Avropa İttifaqı ilə bağldır. Məlumdur ki, 15 dekabr orada da danışıqlar aparılacaq. Biz narahat idik ki, Avropa İttifaqı Cənubi Qafqazdakı danışıqları sarsıtmaq istəyəcək sırf ona görə ki, Rusiya danışıqların əsas aparıcısıdıdr. İndi şahid oluruq ki, Putinin Avropa İttifaqı rəhbərliyi ilə yaxşı ciddi əlaqələri var. Bu səbəbdən Fransa kimi İttifaq ölkələrinin danışıqlara təsir təhlükəsi azalır. Ola bilər 15 dekabr Brüsseldə heç bir ciddi uğur əldə olunmasın, lakin bütün hallarda heç bir ziyan da gözlənilmir. Bu da çox yaxşı haldır.
Status məsələsi kimi humanitar məsələlər haqda heç bir bəyanatın olmaması da görüşün müsbət tərəflərindən biri hesab olunur. Görüşdə yalnız saxlanılan ermənilərin bir hissəsinin Nikol Paşinyana qaytarılması ilə bağlı humanitar məsələlərlə bağlı razılıq əldə olundu.

Lakin Paşinyan Ermənistana bununla bağlı açıqlamanı özü verəcək və bu məsələ İlham Əliyevin erməni həmkarına sülh danışıqlarındakı siyasi mövqeyini gücləndirmək üçün edilmiş gizli hədiyyədir.

Digər vacib humanitar məsələ isə minalanmış ərazilərin xəritəsidir. Məlumdur ki, Rusiya mütəmadi olaraq Ermənistana bu yönümdə təzyiq göstərir. Mən inanıram ki, minalanmış ərazilərin xəritəsi Rusiya tərəfindən İrəvandan Bakıya veriləcək. Bununla da tezliklə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bu ərazilərə iqtisadi həyatın və sakinlərin qayıtması mümkün olacaq”, - Sergey Markov əlavə edib.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

İki qız uşağına təvavüz edən şəxsə REKORD CƏZA tələbi - 108 il

SONRAKI XƏBƏR

"Banu"nun Günelindən XƏBƏR VAR - FOTO