Qırğızıstanda parlament seçkilərinin ilk nəticələri açıqlandı

Qırğızıstanda parlament seçkilərinin ilk nəticələri açıqlandı

Qırğızıstanda parlament seçkiləri başa çatıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə seçicilərin 28.36%-i iştirak edib.

İlkin məlumatlara görə, 10 partiyanın parlamentə keçid üçün 5%-lik həddi aşdığı bildirilir.

Onların arasında müxalifət partiyalarının olmadığı vurğulanır.

Səsvermənin lideri isə bu saata olan məlumata əsasən 42.04% səs toplamış “Ata yurd Qırğızıstan” partiyasıdır.

Mənbə: www.oxu.az