Rusiya mediası qazax deputatı qəzəbləndirdi

Rusiya mediası qazax deputatı qəzəbləndirdi

Qazaxıstan parlamentinin deputatı, “Ağ Yol” partiyasının lideri Azat Peruaşev Rusiya mətbuatının rus əhalisinin vəziyyəti və ölkədə rus dilinin statusu ilə bağlı dərc etdiyi yazılardan qəzəblənib.

Axar.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

"Rusiya mediası Qazaxıstanda rus dili mövzusu ilə “oynamağa” davam edir. Onların fikrincə, Qazaxıstanda rus dilinə müharibə elan ediblər".

Qazaxıstanlı deputat qeyd edib ki, Rusiya mediası bu yaxınlarda Qazaxıstanda mühakimə olunan rusiyalı iş adamı Viktor Balaşovun məhkəməsi ilə bağlı qərəzli yanaşma var:

"Məhkəmə iclaslarının birində Qazaxıstanda ruslara münasibəti nasizmlə müqayisə edən Balaşovun sözlərini məni heyrətə gətirib. Əgər bütün oğruların, fırıldaqçıların onları məsuliyyətə cəlb edən dövlət haqqında fikirlərini toplamağa başlasanız, məncə, bu neqativ hallar yaradacaq. Qonşuları ləkələmək üçün cinayətkarların sözlərinə güvənirsiniz?".

O, Rusiya və Qazaxıstanı bir-birinə kömək etməyə və milli müstəqilliyə hörmət etməyə çağırıb. Peruaşev xatırladıb ki, istənilən xalqın, o cümlədən Qazaxıstanın öz milli maraqları var. O əlavə edib ki, Qazaxıstanda normal dövlət quruculuğu prosesi gedir.

Mənbə: axar.az