Petr Fiala Çexiyanın baş naziri təyin olundu

Petr Fiala Çexiyanın baş naziri təyin olundu

Çexiya Prezidenti Miloş Zeman "Birlikdə" liberal koalisiyasının lideri Petr Fialanı ölkənin baş naziri təyin edib.

Bu barədə Publika.az "RİA Novosti"yə istinadla xəbər verir.

Qeyd edək ki, "Birlikdə" koalisiyası ölkədə cari ilin 8-9 oktyabr tarixlərində keçirilmiş palament seçkilərində qalib gəlib.

 

Koalisiyaya üç liberal siyasi qüvvəni - "Vətəndaş demokrat partiyası", Xristian-demokrat partiyası" və TOP 09 hərəkatını özündə birləşdirir.

Çexiya lideri Andrey Babiş başda olmaqla bundan əvvəlki hökumətin istefasını noyabrın 11-də qəbul edib.

Mənbə: publika.az