Saakaşvili xalqa müraciət etdi: Darıxmamısınız?

Saakaşvili xalqa müraciət etdi: Darıxmamısınız?

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılmasından sonra ilk dəfə ictimaiyyət qarşısında geniş çıxış edib.

Axar.az xəbər verir ki, keçmiş prezident saat yarıma yaxın danışıb.

Saakaşvilinin çıxışı Gürcüstan telekanalları tərəfindən canlı yayımlanıb. Prokuror canlı yayımı bir neçə dəfə kəsmək istəyib.

“Ölkənizlə qürur hissi keçirmək üçün darıxmırsınız? Ölkənin inkişaf tempi və sürəti üçün darıxmırsınız? Bütün bunlar üçün darıxırsınızsa, bu gün baş verənləri hamımız birlikdə başa çatdırmalıyıq”, - Saakaşvili bildirib.

Mənbə: axar.az