Prezidentdən yeni TƏYİNATLAR

Prezidentdən yeni TƏYİNATLAR

Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Mariana Vasileva bədii gimnastika üzrə millimizin baş məşqçisidir.

Mənbə: oxu.az