Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münsibətlərində canlanmaya səbəb olub - TƏHLİL

Bakı. Humay Ağacanova -Trend:

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. Sözügedən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə digər ölkə liderləri arasında ikili görüşlər keçirilib və əməkdaşlıqlar müzakirə olunub. Vacib görüşlərdən biri də İran İslam Respublikası və Azərbaycan Respublikası Prezidenti arasında baş tutub.

Dünən keçirilən zirvə görüşündə İran və Azərbaycan Prezidentlərinin görüşü səmimi və olduqca müsbət ab-havada keçdi. Görüşdə İranla Azərbaycan arasında təbii qazın nəqli ilə bağlı sənədin imzalanması mühüm əhəmiyyət kəsb edir. Həmçinin, ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə dərinləşdirilməsi, Zəngəzur dəhlizindən birgə istifadə və digər məsələlərlə bağlı anlaşma əldə edildi.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov Trend-ə açıqlaması zamanı bildirib ki, Azərbaycan Müstəqillik qazanandan bəri bir çox istiqamətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərdə dövlət maraqlarının reallşaması üçün mühüm addımlar atmağa başladı.

“Təbii ki, regional və beynəlxalq təşkilatlarla iş rəsmi Bakı üçün əsas prioritetlərdən biridir. Bu istiqamətdə İqtisadi Əməkdaşlıq Təşkilatı ilə birgə əməkdaşlıq da müvafiq komponentlərdən idi. Təsadüfi deyil ki, bu illər ərzində ölkəmiz İqtisadi Əməkdaşlıq platformasına töhfə verəcək bir sıra təkliflərlə çxıış etmişdir. Bu barədə Bakıda bir neçə dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının iclasları keçirilib. Təşkilatın ötən gün Aşqabadda baş tutan və 10 dövlətin iştirakı ilə keçirilən iclası mühüm əhəmiyyət kəsb edirdi. Görüş çərçivəsində Azərbaycan Prezidenti Pakistan, Türkmənistan, İran və Türkiyə liderləri ilə görüşlər keçirib və bu görüşlərdə ikitərəfli münasibətlərin daha da inkişaf etməsi həmin ölkələr ilə müzakirə predmeti olub”, -deyə o bildirib.

Poltiloq qeyd edib ki, keçirilən vacib görüşlərdən biri İran İslam Respublikası və Azərbaycan Respulikası Prezidenti arasında olan görüş idi.

“Çünki son zamanlar iki tərəf arasında müəyyən çağırışlar və sual doğuran məsələlər var idi. Prezidentlər dünənki görüşdə İranla Azərbaycan arasında münasibətlərin iki qardaş dost xalq arasında olan münasibətlərin ruhunda davam edərək bundan sonra da inkişaf edəcəyi barəsində çıxış etdilər. Bundan sonra da müxtəlif sahələrdə birgə əməkdaşlığın daha da genişlənməsi siqnalını verdilər. Artıq bunun ilkin görüntüləri var idi. Bu, dünən Aşqabadda Türkmənistan, Azərbaycan və İran arasında türkmən təbii qazının İran vasitəsilə Azərbaycana nəqlini nəzərdə tutan əhəmiyyətli bir sənəd idi ki, Prezident İlham Əliyev həmin sənədi tarixi sənəd adlandırır. Bu sənədlə biz Cənub-Şimal və Cənub-Qərb nəqliyyat dəhlizində vacib mərkəz rolu oynadığımızı bir daha sübut etmiş olduq”, - deyə o bildirib.

Z.Məmmədov qeyd edib ki, son zamanlar Ermənistanda müxtəlif iranlı həmkarlar və digər dövlətlərin fikirlərinə əsaslanaraq qeyd edirdilər ki, guya Ermənistan Cənub-Şimal və Cənub-Qərb nəqliyyat dəhlizində mərkəz rol oynayacaq.

“Lakin dünənki Türkmənistan, Azərbaycan və İran arasında imzalanan sənəd bir daha göstərdi ki, istər neft qaz, istərsə də qeyri-enerji mallarının Qərbə və Şimala çatmasında mərkəz rolunu bundan sonra da Azərbaycan oynayacaq. Türkmən qazının İrana və Azərbaycana gəlməsi həm də İran və Azərbaycan arasında iqtisadi-siyasi məsələlərin həllini tapmasında mühüm rol oynayacaq və gələcəkdə Tehranla Bakı arasında Cənub- Şimal nəqliyyat dəhlizinin şaxələndirilməsinə, eyni zamanda güclənməsinə səbəb olacaq”, - deyə o qeyd edib.

Poltiloq, həmçinin bildirib ki, dünən baş tutan görüş zamanı Zəngəzur dəhlizindən birgə istifadəyə dair İqitsadi Əməkdaşlıq Təşkilatının üzvləri arasında olan fikirlər də çox vacibdir.

“Türkiyə lideri dünən öz çıxışda dəhlizin önəmindən danışdı və birgə memoranduma nəzər salsaq, görərik ki, yekun bəyantda ümumiyyətlə üzv dövlətlər Azərbaycanın işğaldan azad edilən rayonlarına investiyasa qoyuluşuna çağırılır. Eyni zamanda, Zəngəzur dəhlizi ifadəsindən istifadə edilir ki, bu da bu yolun doğrudan da dəhliz olacağının bir daha əyani sübutudur”, - deyə o vurğulayıb.

"Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə Trend-ə açıqlaması zamanı bildirib ki, Azərbaycan-İran münasibətləri ümumiyyətlə çoxşaxəlidir. Burada həm siyasi-iqtisadi dialoq, həm də dini dialoq mövcuddur.

“Bu dialoqları inkişaf etdirməklə biz Azərbaycan-İran münasibətlərinin hansı dərəcədə əhəmiyyətli və faydalı olduğunu sezə bilərik. Hadisələr onu gösətirir ki, İranın maraqları Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək niyyətindən keçir. Son ticarət mübadiləsinin rəqəmlərinə nəzər salsaq, görərik ki, ticarət mübadiləsi artır, eyni zamanda tranzit layihlələrin birgə şəkildə həyata keçirilməsi hər iki tərəf üçün müəyyən üstünlük gətirir. Şimal-Cənub dəhlizinin reallaşması son aylar ərzində ikitərəfli münsibətlərdə hiss edilən canlanmaya səbəb olub. Eyni zamanda, xeyli mənfəət əldə olunub”, - deyə o bildirib.

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması və tezliklə işə düşməsi bu Şimal- Cənub dəhlizinin həm səmərəliliyini, həm də imkanlarını artıracaq.

“Ona görə də İran maraqlıdır ki, bu dəhliz də fayalı işləsin, eyni zamanda bizi və regionu birləşdirən dəhlizlər fəaliyyət göstərsin. İran son vaxtlar çalışır ki, Azərbaycanla sərhəddə olan regionlarda yol infrastrukturlarını inkişaf etdirsin”, - deyə o bildirib.

İ.Vəlizadə, həmçinin qeyd edib ki, Ermənistanın Azərbaycan-İran münasibətlərini pozmaq cəhdləri ona görə uğursuz alınır ki, təbii proseslər və ikitərərfli münasibətlərin dərin köklərlə bağlanması imkan vermir bu cür süni siyasi addımlar hansısa fayda versin.

“Ermənistan İran üçün o qədər də əhəmiyyətli bir tərəfdaş deyil. Nəzər salsaq, görə bilərik ki, İran Azərbaycanla təkcə İqtisadi Əməkdaşlıq Təşkilatında yox, eyni zamanda Xəzəryanı ölkələrin platformasında da sıx münasibətlər qurur. İran və Azərbaycan arsında İslam əməkdaşlıq formatında da sıx münasibətlərimiz var. Bunların heç birində Ermənistan yoxdur, iştirak etmir. İranı Cənubi Qafaqazla birləşdirən sərhəddin 90 faizi Azərbaycanın ərazisindən keçir. Yalnız 10 faizindən az bir qismi Ermənistanın payına düşür. Ermənilərin istəkləri və reallıq tərsmütənasiblik təşkil edir”, - deyə o vurğulayıb.

Mövzu ilə bağlı İran parlamentinin enerji komitəsinin üzvü Hadi Beyginejad İran KİV-nə açıqlamasında deyib ki, İran, Türkmənistan və Azərbaycan arasında qazın svop edilməsi ilə əlaqədar üçtərəfli müqavilə İranın qonşu ölkələrlə dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

H.Beyginejadın sözlərinə görə, qazın svop edilməsi üzrə müqavilə İranın qonşu ölkələrlə enerji diplomatiyasının dalandan çıxmasına imkan verəcək.

“Eyni zamanda Türkmənistan qazının Azərbaycana svop edilməsi üzrə müqavilə İranın iqtisadi və enerji sektorunda diplomatiyanın davam etdirilməsi üçün İranın Neft Nazirliyində güclü iradənin olduğunu göstərir”, – deyə o bildirib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb

SONRAKI XƏBƏR

Azərbaycanda COVID-19-la bağlı sertifikatlar təsdiqlənib