ABŞ esminesi Qara dənizə girdi, Rusiya təlimə başladı

ABŞ esminesi Qara dənizə girdi, Rusiya təlimə başladı

Rusiya Qara Dəniz Donanması hərbi təlim keçirib.

Axar.az xəbər verir ki, təlim zamanı Taman yarımadasında yerləşən “Bal” və “Bastion” raket sistemlərinin batalyonları elektron raket buraxılışları həyata keçirib.

Bildirilib ki, təlim döyüş hazırlığı planına uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, sözgüdən təlimin ABŞ-a məxsus "Arleigh Burke" (DDG51) eskadra minadaşıyan gəmisinin 26 noyabrda Qara dənizə daxil olmasına cavab olaraq həyata keçirildiyi güman edilir.

 

Mənbə: axar.az