Belarusa qarşı yeni sanksiyalar dekabrın 2-də qüvvəyə minəcək

Avropa İttifaqının Belarusa qarşı yeni sanksiyalar paketi dekabrın 2-dən qüvvəyə minəcək. AzVision.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Eva-Mariya Liymets bildirib. Onun sözlərinə görə, Belarusa qarşı beşinci sanksiyalar paketinin hazırlanması yekunlaşmaq üzrədir və onun bu həftə qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ABŞ prezidenti Co Baydenlə görüşdən sonra Avropa İttifaqının bu həftənin əvvəlində Belarusa qarşı sanksiyaları genişləndirəcəyini bildirmişdi. Yeni sanksiyalar fiziki və hüquqi şəxslərə şamil olunacaq.

İlkin Nəcəfzadə
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ esminesi Qara dənizə girdi, Rusiya təlimə başladı

SONRAKI XƏBƏR

Rusiya vətəndaşı atasını diri-diri basdırdı