“Omicron”a görə qapanmaya ehtiyac yoxdur” - Bayden

“Omicron”a görə qapanmaya ehtiyac yoxdur”  - Bayden

ABŞ Prezidenti Co Bayden koronavirusun “omicron” ştamının yayılmasına görə qapanmaya ehtiyac görmədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Bayden bu barədə televiziya ilə xalq müraciətində deyib.

"İnsanlar peyvənd olunubsa və maskalar taxıblarsa, qapanmaya ehtiyac yoxdur", - ABŞ Prezidenti bildirib.

“Müəyyən səyahət məhdudiyyətlərinə ehtiyac yayılma səviyyəsindən asılıdır. Mən bunu hazırda gözləmirəm”, - Bayden “omicron” aşkar edilən ölkələrlə nəqliyyat əlaqələrinin dayandırılmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

Mənbə: qafqazinfo.az