Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamentinin rəhbəri Aleksandr Rusnakı vəzifəsindən azad edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytı məlumat yayıb.
A.Rusnakın vəzifədən kənarlaşdırılmasının səbəbi açıqlanmır. O, 2019-cu ilin sentyabrında sözügedən vəzifəyə təyin edilmişdi.