Ermənistanda ehtiyatda olan 70 həkim hərbi xidmətə ÇAĞIRILIR

Ermənistan hakimiyyəti ehtiyatda olan 70 həkimi hərbi xidmətə çağırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilib ki, layihə Ədliyyə Nazirliyinin qanun layihələrinin elektron layihə portalında dərc olunub.

25 dekabr 2021-ci il tarixindən 25 fevral 2022-ci il tarixədək 35 yaşa qədər həkimlərin ikiillik xidmətə çağırılması nəzərdə tutulur.

Həmin qərar layihəsində artıq xidmətini başa vurmuş həkimlərin də ordudan tərxis olunacağı bildirilir.

Hüseyn

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlılar Hülyanı izlədi- 200 şampan partladıldı

SONRAKI XƏBƏR

Fransanın keçmiş baş nazirinin 5 il həbsi tələb edilir