NATO-nun baş katibi Rusiya ilə dialoqa inandığını bildirib

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi alyansın Rusiya ilə dialoqunun mümkün olduğunu, lakin eyni zamanda Moskvaya qarşı ümumi məhdudlaşdırma siyasətinin tərəfdarı olduğunu deyib.

Trend xəbər verir ki, o, Latviyadakı hərbi bazaya səfəri zamanı yerli jurnalistlərə bildirib ki, təmsil etdiyi alyans müharibə tərəfdarı deyil.

"Mən Rusiya ilə dialoqa inanıram, o bizim qonşumuzdur. Yarana biləcək potensial riskləri azaltmalıyıq", - deyə Stoltenberq bildirib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edir” - Qriqoryan

SONRAKI XƏBƏR

Zelenski Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəhbərini işdən çıxarıb