“Rusiyalı diplomatlar ölkədən çıxarılmayacaq” - ABŞ

“Rusiyalı diplomatlar ölkədən çıxarılmayacaq”  - ABŞ

“Rusiya diplomatları ABŞ-dan çıxarılmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Calina Porter brifinqdə bildirib.

"Baş verənlər diplomatların ölkədən çıxarılması demək deyil. Təbii ki, Rusiya hakimiyyəti məlumat verib və onlar gedənləri bu yerlər üçün diplomatik korpusun digər üzvlərini tapmaqla əvəz edə bilərlər. Bu yeni prosedurlar cəza deyil", - Porter bildirib.

Onun sözlərinə görə, Rusiya amerikalı diplomatlara ilkin olaraq üç il müddətində qalmaq imkanı verir:

"ABŞ təxminən bir il əvvəl Rusiyaya məlumat verib ki, diplomatlar eyni qaydalara əməl edəcəklər".

Porter əlavə edib ki, ABŞ diplomatların Rusiyada qalma müddəti ilə bağlı məsələni müzakirə etməkdə davam edir.

Xatırladaq ki, 27 noyabrda Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Dövlət Departamentinin tələbi ilə səlahiyyət müddəti Dövlət Departamenti tərəfindən məhdudlaşdırılan 27 rusiyalı diplomatın 30 yanvar 2022-ci il tarixində ABŞ-ı tərk etməli olacağını bildirmişdi.

Həmçinin oxuyun: Rusiyanın 27 diplomatı ABŞ-ı tərk edəcək

Mənbə: qafqazinfo.az