Dünyada yeni respublika yaranıb, kraliça II Yelizaveta dövlət başçısı vəzifəsindən uzaqlaşıb

Dünyada yeni respublika yaranıb, kraliça II Yelizaveta dövlət başçısı vəzifəsindən uzaqlaşıb

Karib dənizindəki Barbados ada dövləti çərşənbə axşamı günü rəsmi şəkildə respublika olub.

“Report” xəbər verir ki, ölkənin oktyabr ayında seçilən Prezidenti Sandra Meyson vəzifəsinin icrasına başlayıb, Böyük Britaniya kraliçası II Yelizaveta bundan sonra Karib hövzəsi dövlətinin başçısı olmayacaq. Mərasim Barbados hökumətinin saytında yayımlanıb.

Mərasimin qonağı bazar günü Barbadosa uçan Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz olub. Barbadosun paytaxtı Brictaundakı Milli Qəhrəmanlar Meydanında Kraliçanın bayrağı (ştandartı) endirilib.

Mənbə: report.az