Fələstin prezidenti İsrailə xəbərdarlıq etdi

Fələstin prezidenti Mahmud Abbas İsrailə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, o, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən iki dövlətli həll vizyonunu pozmasın.

"İki dövlət həllini pozmaq Fələstin Azadlıq Təşkilatının mərkəzi şurasını qəti qərarlar qəbul etməyə sövq edər. Fələstin tərəfi hələ də iki dövlətli həll və beynəlxalq dördlüyün himayəsi altında beynəlxalq qətnaməyə uyğun olaraq ədalətli və hərtərəfli sülhə nail olmaq üçün əllərini uzadıb", - Abbas deyib.

Bildirilib ki, xəbərdarlıq İsrailin İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhərində 372 yaşayış məntəqəsinin tikintisini təsdiqlədikdən bir neçə gün sonra edilib.

Ağarza Elçinoğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bitkoin 5 min dollar bahalaşıb – SON QİYMƏT

SONRAKI XƏBƏR

3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki - DAYANIB