“Ermənilərə qarşı İkinci Qarabağ müharibəsini Kreml başladıb” – Şirinyan

“Ermənilərə qarşı İkinci Qarabağ müharibəsini Kreml başladıb” – Şirinyan

“Moskvanın vasitəçiliyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında müsbət nəticə əldə etməyin mümkünlüyünə şübhə edirəm”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Levon Şirinyan bildirib.

Onun sözlərinə görə, Kreml Ermənistanın vasitəçisi olmayıb və ola da bilməz.

Şirinyan iddia edib ki, ermənilərə qarşı İkinci Qarabağ müharibəsini Kreml başladıb.

“Kreml vasitəçilik edəcək, türklər rədd edəcəklər, Moskvanın tamadalığının qəpik qədər dəyəri olmayacaq”, - deyə o bildirib.

 

Mənbə: ordu.az