“Omikron” ştamına görə qapanmalar tətbiq ediləcək? - AÇIQLAMA - VİDEO

“Omikron” ştamına görə qapanmalar tətbiq ediləcək? - AÇIQLAMA - VİDEO

Dünyada sürətlə yayılan “Omikron” ştammı ölkəmizə bir az da yaxınlaşıb. Virusun yayılma sürəti və qonu ölkələrlə aviasiya trafikini nəzərə alsaq yeni ştammın Azərbaycanda yayılma ehtimalı böyükdür.

BAKU.WS xəbər verir ki, həkim Vasif İsmayıl "ARB-24"ədə yayımlanan "Nə baş verir?" verlişində qonaq olarkən yeni ştammla bağlı danışıb və ölkəmizdə qapanmaların olma ehtimalına münasibət bildirib:

"Ən çox əlaqəmiz olan Rusiya və Türkiyədə bu ştamma rast gəlinərsə, bu, Azərbaycan üçün böyük təhlükədir. Bizim "Omikron" ştammı barədə az məlumatımız var. Daha ağır xəstəlik yaratmasına dair heç bir məlumat yoxdur, yolxucu olması ilə bağlı ciddi məlumat yoxdur.

Əgər peyvəndlərin effektiv olmadığına dair hər hansı faktlar aşkar olunarsa, ciddi karantin tədbirləri labüddür".

BAKU.WS

Mənbə: baku.ws