Sərhədboyu cəmləşmə davam edir, “Pion” özüyeriyən artilleriya qurğuları da göründü - Xüsusi rejim tətbiq edilib

Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə dair xəbərlər və yeni görüntülər gəlməkdə davam edir. virtualaz.org xəbər verir ki, bu dəfə Voronejdən Ukrayna istiqamətində 203 millimetrlik 2S7 "Pion” özüyeriyən artilleriya sistemləri yüklənmiş dəmiryol eşalonunun hərəkəti qeydə alınıb. Bundan əvvəl “Pion” özüyeriyən artilleriya sistemlərinin heç vaxt Ukrayna sərhədləri yaxınlığında yerləşdirilmədiyi qeyd olunur, 47.5 kilometr maksimal atəş məsafəsinə malik olan bu qurğular həm də nüvə başlıqlı mərmilər ata bilir.

Digər məlumata görə, Rusiya Ukrayna sərhədləri yaxınlığında xüsusi rejim tətbiq edib və sərhədin 30 kilometrliyində, Boquçar və Kantemirovsk yaşayış məntəqələri arasında nəzarət-buraxılış məntəqəsi yerləşdirib. Sərhəd zonasına ancaq xüsusi icazə ilə daxil olmaq mümkündür. Rusiya dövlət televiziyasının bu barədə Voronejdən hazırladığı süjetdə Ukrayna istiqamətində BMP və BTR-lərdən ibarət hərbi texnika kalonlarının da getdiyi görünüb.

 

Xatırladaq ki, Rusiya Ukrayna sərhədləri boyu azı 120 minlik canlı qüvvə və minlərlə hərbi texnika cəmləşdirib. ABŞ və NATO rəhbərliyi Rusiyanın şaxtalar düşəndən sonra Ukrayna hüzərinə hücuma keçə biləcəyi barədə bir-birinin ardınca xəbərdarlıqlar edirlər, o cümlədən ABŞ və Avropa ölkələrinin mümkün Rusiya hücumuna qarşı birgə cavab tədbirləri barədə danışıqlar aparılır.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkədə peyvənd olunmayanlar həbs ediləcək

SONRAKI XƏBƏR

Ukraynada azərbaycanlılara zor tətbiq edən polislərə cinayət işi açılıb