Lukaşenkodan təlimat: Hücuma qarşı hazır olun

Lukaşenkodan təlimat: Hücuma qarşı hazır olun

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhəddə baş verə biləcək hücuma qarşı orduya təlimat verib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı Müdafiə Nazirliyində görüş zamanı ölkə sərhədindəki vəziyyəti dəyərləndirib. Lukaşenko bildirib ki, sərhəddəki mümkün hücum və qanunsuz davranışlara görə hazırlıqlı olmaq lazımdır. Belarusa qarşı gözlənilməz hücumların olduğuna diqqət çəkən Lukaşenko, ölkəsinin qaçqın böhranı ilə üzləşə biləcəyini güman etmədiklərini ifadə edib. Lukaşenko iddia edib ki, qərb öz poblemlərini həll etmək üçün qaçqınlardan istifadə edir.

 

Mənbə: metbuat.az