Əfqanıstan Rusiyadan humanitar yardımın yeni partiyasını alacaq

Əfqanıstan Rusiyadan humanitar yardımın yeni partiyasını alacaq

Eastnews.org-un verdiyi xəbərə görə, dekabrın 1-də humanitar yardımın yeni partiyası Moskvadan Kabilə yola düşəcək, daha sonra isə daha bir ixrac reysi təşkil olunacaq.

 

Bu barədə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib.

 

Belə ki, o, jurnalistlərin Rusiya Federasiyası ilə Əfqanıstan arasında humanitar əməkdaşlıq haqqında məlumat vermək xahişinə cavab verib.

 

Kabulov dekabrın 2-də Əfqanıstan paytaxtından daha bir ixrac reysinin təşkil olunacağını da təsdiqləyib.

 

Xatırladaq ki, daha əvvəl “Sputnik” radiosu “Taliban”ın ABŞ nümayəndələri ilə İŞİD xarici hesablarının dondurulmasını müzakirə etmək planlarından danışıb.

Mənbə: RİA

Mənbə: eastnews.org