"Azərbaycanlılar İşxanəsərdədirmi?" sualına Sarkisyandan CAVAB

"Azərbaycanlılar İşxanəsərdədirmi?" sualına Sarkisyandan CAVAB

Bu gün Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərin qarşısına çıxıb.

"Unikal" xəbər verir ki, Sarkisyan mətbuat işçilərinin bəzi suallarını cavabsız qoyub. Belə ki, jurnalistin "Azərbaycanlılar İşxanəsərdədirmi?" sualına nazir müavini cavab verməyib. O, hətta sualdan yayınaraq "Mən məşğulam, tələsirəm. Növbəti dəfə bir sıra suallara cavab verəcəm", -deyərək, ərazidən uzaqlaşıb.

Qeyd edək ki, İşxanəsər Zəngəzur rayonunun inzibati ərazisidir.

Gülayə Mecid

Mənbə: www.unikal.org