Lavrov: ABŞ Rusiya sərhədləri yaxınlığında isteriyanı qızışdırır

Lavrov: ABŞ Rusiya sərhədləri yaxınlığında isteriyanı qızışdırır

"Amerika Birləşmiş Ştatları öz hərbi bazaları ilə Rusiya Federasiyasını mühasirəyə alıb və Rusiya sərhədləri boyunca daim isteriyanı qızışdırır".

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov A.M.Qorçakov adına İctimai Diplomatiya Fondunun “Gələcək üçün dialoq” elmi və təhsil proqramının iştirakçıları ilə görüşündə deyib.

“Rusiya Silahlı Qüvvələrini öz suveren ərazilərində keçirdiyi təlimlərə görə, sərhədlərimizə xaricdən külli miqdarda qoşun və hərbi texnika gətirən ölkələr bizi sərhədə qoşun yığmaqda ittiham edirlər. Hər bir tərəf öz hərbi bazaları ilə əhatələmələri, ABŞ-ın bizi mühasirəyə alması yəqin ki, hər bir məktəblinin bildiyi faktlardır. Onlar Rusiya sərhədi boyu qoşunlarını yerləşdirməklə isteriya yaratmağa çalışırlar”, - deyə XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Asiya-Sakit Okean regionunda açıq şəkildə qarşıdurma sxemləri tətbiq edirlər ki, bu da digər ölkələri cilovlamaq məqsədi daşıyır.

“Son vaxtlara qədər müsbət, konstruktiv, birləşdirici tendensiyaların üstünlük təşkil etdiyi Asiya-Sakit okean regionunda konsensus və kompromis axtarmaq meyilləri, bəzi ölkələr tərəfindən açıq şəkildə qarşıdurma meyilləri ilə əvəz olunub", - deyə Lavrov bildirib.

Mənbə: www.bizimyol.info