Erməni kartoqraf ekspert: “Rəsmi xəritələr Moskvadadır, nüsxəsini bizə verməyiblər”

“1930-cu illərdən 1970-ci illərə qədər Moskvanın hərbi qərargahının hazırladığı rəsmi xəritələr mövcuddur, bunlar 1969-1970-ci illərdə Ermənistan və Azərbaycan hakimiyyətləri tərəfindən ratifikasiya edilib”. Ordu.az xəbər verir ki, bunu erməni kartoqraf ekspert Ruben Qaliçyan deyib.

Onun sözlərinə görə, bu xəritələr bu gün internetdə var.

“Bu hərbi xəritələrə görə, bugünkün sərhədlərimizi, istəsək də, istəməsək də, qəbul etməliyik, çünki ratifikasiya etmişik. Rəsmi xəritələr Moskvadadır, nüsxəsini bizə verməyiblər, bunları Ermənistanda heç kim görməyib”, - deyə Qaliçyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Dəhşətli qəzaya düşən hərbi helikopterdə XEYLİ SAYDA ZABİT OLUB - ŞOK SİYAHI

SONRAKI XƏBƏR

Vətəndaşların NƏZƏRİNƏ: İki rayona qazın verilməsi müvəqqəti dayandırılacaq - RƏSMİ