Rusiya prezident seçkiləri: Putin namizəd olacaq? – Özü açıqladı

Rusiya prezident seçkiləri: Putin namizəd olacaq? – Özü açıqladı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə yenidən dövlət başçısı seçilməsi ilə bağlı qərar verməyib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı dövlət başçısının özü açıqlama verib.

Rusiya lideri bildirib ki, Konstitusiyaya görə, onun bu hüququ var.

“Hələlik 2024-cü ildə kimin nə planlaşdırdığını söyləmək tezdir”, - Putin deyib.

O vurğulayıb ki, onun yenidən seçilməsi Rusiya üçün bir hədəf deyil.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.

Mənbə: teleqraf.com