Laçının azadlığının bir ili. Laçın rayonunun işğaldan azad olunmasının ildönümüdür (VİDEO)

Laçının azadlığının bir ili. Laçın rayonunun işğaldan azad olunmasının ildönümüdür (VİDEO)

Azərbaycanın Laçın rayonunun işğalda azad olunmasından bir il ötür. Kapitulyasiyaya məcbur olan Ermənistan 2020-ci il dekabrın 1-də Laçını geri qaytardı. Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Rayon şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçının ərazisi 1,84 min kvadratkilometr olmaqla, 1930-cu il avqustun 8-də yaranıb.

Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 kilometrdir. Laçın rayonunda bir şəhər (Laçın), bir qəsəbə (Qayğı), 125 kənd var. İşğaldan əvvəl Laçında 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, bir internat məktəbi, bir orta texniki peşə məktəbi fəaliyyət göstərirdi.

İşğldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Laçında da bərpa işlərinə start verilib. Azad ərazilərdəki üç hava limanından biri Laçın rayonunda inşa olunur.

Qeyd edək ki, ermənilər işğal dövründə Laçında da vəhşiliklər törədib, digər rayonlar kimi Laçını dağıdıb, yandırıb.

Mənbə: www.realtv.az