Ermənistan Yunanıstan və Kiprlə birgə hərbi təlim keçirib

Ermənistan, Yunanıstan və Kiprin Xüsusi Təyinatlı Qüvvələri birgə təlimlər keçiriblər. AzVision.azxəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, “Close Quarter Battle 2021” adlanan birgə təlimlər noyabrın 22-dən 26-dək Üçtərəfli Əməkdaşlıq Proqramı çərçivəsində baş tutub. Birgə təlimlərin keçirilməsində məqsəd birləşmiş xüsusi təyinatlı qüvvələrin döyüş şəraitində döyüş qabiliyyətinin və qarşılıqlı fəaliyyətinin səviyyəsinin artırılması olub.

Kipr Müdafiə Nazirliyi bununla bağlı bildirib ki, Üçtərəfli Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən təlimlər üç ölkənin silahlı qüvvələri arasında yüksək səviyyədə qarşılıqlı əlaqəni əks etdirir.

Tural Tağıyev
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Son illərdə Mi-17 helikopteri ilə baş verən qəzalar - STATİSTİKA

SONRAKI XƏBƏR

Parkinson xəstəliyindən əziyyət çəkən veteran futbolçu vəfat edib