Ərdoğan seçkidə iştirak etməyəcək? – Çelikin cavabı

AKP-nin sözçüsü Ömər Çelik 2023-cü il seçkilərində partiyanın prezident seçkisindəki namizədini bir daha açıqlayıb.

Axar.az xəbər verir ki, o, heç bir şübhə olmadan namizədin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan olacağını bildirib.

Ö.Çelik MHP lideri Dövlət Baxçalının mövqeyinə də toxunub və ona istinad edərək, Cümhur İttifaqının namizədnin Ərdoğan olduğunun qəti şəkildə ortada olduğunun göründüyünü vurğulayıb.

O, həmçinin guya AKP-dən bununla bağlı heç bir açıqlama olmamasına da reaksiya verib və qeyd edib ki, vaxtaşırı olaraq bütün AKP toplantıları zamanı bu qərar ictimaiyyətə elan edilir.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

SONRAKI XƏBƏR

İranda 4,5 bal gücündə zəlzələ olub